ABŞ-ın vitse-prezidenti, prezidentliyə namizəd Kamala Harris sorğulara əsasən, keçmiş prezident Donald Trampı qabaqlayıb. Reuters agentliyi Ipsos sorğusunun nəticələrinə istinadən qeyd edib ki, Harris 42%, Tramp isə 37% səs toplayıb.
Üstəlik, daha gərgin seçkilərin gözlənildiyi Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin kimi əsas ştatlarda Demokratların namizədi respublikaçıları qabaqlayıb.
Nəticələrə görə, respondentlərin 4%-i müstəqil namizəd Robert Kennedini dəstəkləyir.