Böyük Britaniya Belarusa qarşı sanksiyalar siyahısını 9 bənd ilə genişləndirib.
Ölkənin Xarici İşlər Nazirliyi qeyd edib ki, respublikanın müdafiə-sənaye kompleksinin və bəzi islah koloniyalarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edilib.
Məhdudlaşdırıcı tədbirlər Elektron Hesablama Maşınları Elmi-Tədqiqat İnstitutuna və “StankoGomel” və “Ruxservomotor” müəssisələrinə şamil edilib.
İslah koloniyalarının rəhbərlərinə qarşı tətbiq edilən sanksiyalara həmçinin ölkəyə girişin qadağan edilməsi və aktivlərin aşkar edildiyi halda dondurulması da daxildir.