Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokrat rəqibi Kamala Harris sentyabrın 10-da teledebatda üz-üzə gələcək.
Bu barədə ABC televiziyası məlumat yayıb.
"ABC News” sentyabrın 10-da prezidentliyə namizədlərin debatına ev sahibliyi edəcək. Vitse-prezident Harris və sabiq prezident Tramp ABC-də debata çıxacaqlarını təsdiqləyiblər", - deyə kanalın “X”-dəki səhifəsində deyilir.
Tramp bundan əvvəl növbəti seçki debatlarının “Fox News” kanalında keçirilməli olduğunu demiş və bunu ABC-nin qərəzli yanaşması ilə əlaqələndirmişdi.
Ümumilikdə Tramp sentyabrda Harrislə üç dəfə debata çıxmaq istəyir.