Hizbullahın İsrailin hücumlarına cavabı "güclü və təsirli" olacaq. Bunu Hizbullah lideri Beyrutda İsrailin hücumu nəticəsində öldürülən komandir Fuad Şükrün xatirəsinə həsr olunmuş televiziya mesajında bildirib.
Seyid Həsən Nəsrullah qeyd edib ki, hələ də doğru anı gələnə qədər gözləyirlər. Həm Hizbullah, həm də İran İsrailin hərəkətlərinə cavab verəcək.
“Bu gün region real təhlükələrlə üz-üzədir. Hər kəs Fələstin üçün mümkün nəticələri başa düşməlidir”, - deyə o bildirib.
Nəsrullah vurğulayıb ki, İsrailin qalib gəlməsinə icazə verilə bilməz.
Hizbullah lideri xəbərdarlıq edib ki, "döyüş meydanında görüşməyə bir neçə gün və gecəmiz qalıb".