Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini, general-mayor Vladimir Şesterov korrupsiya işi üzrə həbs edilib, Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
O, “Patriot” parkı və sərgi mərkəzinin fəaliyyəti üçün ayrılan büdcə vəsaitini mənimsəməkdə ittiham olunur. Faktla bağlı Cinayət Məcəlləsinin “dələduzluq” maddəsi ilə iş başlanıb. Şesterovla birlikdə “Patriot” parkının direktoru Vyaçeslav Əhmədov da həbs edilib.
Park keçmiş müdafiə naziri Sergey Şoyqunun hakimiyyəti dövründə onun müavini Timur İvanovun rəhbərliyi altında tikilib. Timur İvanov aprel ayında rüşvət işi ilə bağlı həbs edilib.
Şesterov aprelin sonundan bəri həbs edilən altıncı generaldır.