ABŞ müdafiə naziri Lloyd Ostin avqustun 4-də israilli həmkarı Yoav Qallant ilə danışıb və onu İran cavab hücum endirərsə, “ABŞ-ın qətiyyətli dəstəyi” sarıdan əmin edib.
Məlumatı Pentaqon açıqlayıb. Onlar həmçinin qüvvələrin qorunmasını təkmilləşdirməyi, İsrailin müdafiə qabiliyyətini gücləndirməyi, regionda gərginliyin qarşısını almağı müzakirə ediblər.
Pentaqonun məlumatına görə, Ostin Qəzza müharibəsində atəşkəsə, Qəzzada qalan girovların buraxılması üzrə razılaşma əldə olunmasına dəstəyini ifadə edib.