Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı həmkarı Əli Əkbər Əhmədianın dəvəti ilə Tehrana gedib.
İran KİV-lərinin məlumatına görə, əməkdaşlıq və regional, beynəlxalq, ikitərəfli təhlükəsizlik və siyasi əlaqələrin gücləndirilməsi ilə bağlı məsələlər gündəmdədir.
Qeyd olunur ki, səfər zamanı Rusiya Təhlükəsizlik Şurasının katibi İranın yüksək rütbəli rəsmiləri ilə görüşəcək. Rusiya tərəfinin məlumatına görə, Şoyqunu İran prezidenti Məsud Pezeşkian da qəbul edəcək.