Ukrayna prezidenti Vladimir Zelenski ilk F-16 təyyarələrinin artıq Ukraynada olduğunu təsdiqləyib.
Bu barədə prezidentin və Hərbi Hava Qüvvələrinin rəsmi sosial şəbəkələrində bəyanat dərc olunub. "F-16 Ukraynadadır. Biz bunu təmin etmişik", - Vladimir Zelenski bildirib.
Yazı prezidentin artıq Ukraynanın gerbi ilə damğalanmış ilk döyüş təyyarələrinin yerləşdiyi hava limanına səfərinin videosu ilə müşayiət olunur.