İstanbul Erməni Patriarxı Sahak Maşalyan avqustun 2-də Türkiyənin Kınalıadasındakı bazarda hücuma məruz qalmış erməni icmasının tanınmış nümayəndəsi Karo Qabrielyanı ziyarət edib.
Bu barədə Patriarxlığın Facebook səhifəsində məlumat yayılıb.
Qeyd olunub ki, hadisə ilə bağlı polis araşdırmalara başlayıb.