Ukrayna müdafiə naziri Rustem Umerov Türkiyəyə səfər edib.
Bu barədə, o, “X” hesabında paylaşım edib.
“Bu gün Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşüm oldu. Görüş uzun və məhsuldar keçdi. Biz ikitərəfli müdafiə əməkdaşlığı ilə bağlı bir sıra məsələləri müzakirə etdik. Biz konkret razılaşmalar və nəticələr əldə etdik. Dəstək üçün Türkiyəyə təşəkkür edirəm”, - deyə R. Umerov bildirib.