Avropa İttifaqının və ABŞ-ın günahsız vətəndaşlarının azad edilməsini, eləcə də Rusiyada həbsdə olan vicdanlı rus demokratlarının azad edilməsini alqışlayıram, Avropa Komissiyasının prezidenti Ursula fon der Layen özünün X mikrobloqunda yazıb.
“Kreml onları məhkum edilmiş cinayətkarlar və qatillərlə dəyişdirdi. Bu, kəskin fərqi göstərir”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu, həmin insanların azadlığı uğrunda mübarizə aparanların hamısı üçün böyük sevinc anıdır.