BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, İranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi, həmçinin İsrailin Beyruta endirdiyi zərbələr Yaxın Şərqdə vəziyyətin gərginləşməsini ifadə edir.
Bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.
“Baş katib hesab edir ki, Beyrutun cənubunda və Tehranda müşahidə etdiyimiz hücumlar, bütün səylərin Qəzzada atəşkəsin yaradılmasına, israilli girovların azad edilməsinə və humanitar yardımların əhəmiyyətli dərəcədə artırılmasına yönəlməli olduğu bir vaxtda təhlükəli eskalasiyadır.”
Düjarrik həmçinin qeyd edib ki, Quterreş daim tərəfləri maksimum təmkinli olmağa çağırıb.