Fransa Senatının Xarici Təsir Komitəsi digər məsələlərlə yanaşı Bakıya da toxunan “Zərərli xarici müdaxilə ilə mübarizə” adlı hesabat təqdim edib.
Hesabatda qeyd olunur ki, Azərbaycan beynəlxalq aləmdə Fransanı təhdid edən və demokratiyanı gözdən salan yeni təhlükəli elementdir.
“Parisin Ermənistana dəstəyindən sonra Azərbaycan fəal düşmənçilik nümayiş etdirməyə başlayıb. Bu, Fransanın daxili işlərinə qarışmaq cəhdləri ilə ifadə olunur. Fransalı nazirlər Fransa ilə Azərbaycan arasında münasibətlərdə görünməmiş böhranı qeyd ediblər”, - sənəddə deyilir.
Hesabata görə, Azərbaycan Fransaya qarşı əməliyyatları dövlət strukturları vasitəsilə deyil, Rusiyanın dəstəyi ilə həyata keçirir.
“Bu hərəkətlər Fransanın dəniz kənarındakı ərazilərinə də şamil edilir”.
Qeyd olunur ki, Bakı Olimpiya Oyunlarına qarşı dezinformasiya kampaniyası da təşkil edib.