Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsi zamanı bildirib ki, ABŞ qarşılıqlı addımlar atacağı təqdirdə ölkəsi Gürcüstan-Amerika münasibətlərini bərpa etməyə hazırdır.
Kobaxidze həmçinin qeyd edib ki, son 4 ildə Gürcüstanla ABŞ arasında münasibətlər pisləşib.
“Biz gözləmə rejimindəyik, münasibətlər bərpa olunmalıdır. Biz tam hazırıq, əsas odur ki, növbəti addımları görək”, - deyə rəsmi bildirib.