ABŞ bildirib ki, Azərbaycanda müxaliflərə qarşı repressiyalara münasibətdə diplomatiyaya diqqət yetirir.
“Biz diqqətimizi diplomatiyaya yönəltməyə davam edəcəyik”, bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin, o cümlədən keçmiş diplomatın və milli azlıq fəalının son həbsləri ilə bağlı sualını cavablandırarkən deyib.