ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Kamala Harrislə seçkiqabağı debatlara hazırdır.
“Müzakirələr yəqin ki, baş tutacaq, amma mən də buna qarşı arqumentlər gətirə bilərəm”,- Tramp bildirib.
Bundan əvvəl Trampın seçki qərargahı bəyan edib ki, Harrislə debatın təfərrüatları Demokratlar Partiyası öz prezidentliyə namizədi ilə bağlı rəsmən qərar verənə qədər yekunlaşdırmaq mümkün deyil.
Vitse-prezident Harrisin seçkiqabağı qərargahı da bildirib ki, keçmiş prezident Demokratlar Partiyasının prezidentliyə mümkün namizədinə qarşı debatda iştirak etməkdən qorxur.