ABŞ Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.
"Həm dövlət katibi, həm də Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün çalışmağa davam edirlər, lakin mənim heç bir konkret xəbərim yoxdur. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik", - deyə o bildirib.