Cənubi Afrika Respublikası və Ukraynanın xarici işlər nazirləri arasında telefon danışığı olub, iki ölkə arasında münasibətlər, eləcə də humanitar yardım məsələləri müzakirə olunub. Bu barədə Cənubi Afrika Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Cənubi Afrika Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kleyson Monyela Ukrayna prezidenti Vladimir Zelenskinin Cənubi Afrikaya mümkün səfəri məsələsinin də müzakirə edildiyini bildirib.