Nikosiyaya işgüzar səfəri çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan iyulun 29-da Kipr prezidenti Nikos Xristodulides ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Görüşdə iki ölkə arasında yüksək səviyyədə siyasi dialoqun gündəliyi və regional məsələlər müzakirə edilib.
Ermənistanın xarici işlər naziri və Kipr prezidenti Yerevan və Nikosiyada daimi səfirliklərin açılması barədə qarşılıqlı razılaşdırılmış qərarın iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsi, gündəliyin yeni istiqamətlərdə zənginləşdirilməsi və əməkdaşlığın davamlılığının təmin edilməsi baxımından əhəmiyyətini vurğuladılar.
Ararat Mirzoyan qarşılıqlı maraq doğuran sahələrdə, xüsusən də iqtisadiyyatın, yüksək texnologiyaların və turizmin təşviqi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinə hazır olduğunu qeyd edib.
Hazırkı mürəkkəb geosiyasi şəraitdə həm ikitərəfli formatda, həm də çoxtərəfli platformalarda iki ölkə arasında sıx əməkdaşlığın vacibliyi vurğulanıb.
Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli tərəfdaşlığını daha da dərinləşdirmək üçün birgə səylərə də toxunulub.
Regional hadisələr kontekstində ER xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, o cümlədən ərazi bütövlüyünün tanınması ilə sülh müqaviləsinin imzalanması, 1991-ci il Alma-Ata bəyannaməsi əsasında demarkasiyanın davam edilməsi ilə bağlı ER-nin yanaşmalarını təqdim edib.
“Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsinin əhəmiyyətinə və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq məsələlərinə də toxunulub.