Serdar Kılıç Ermənistan və Türkiyə arasında nizamlanma prosesinin xüsusi nümayəndələrinin görüşünə toxunub.
“Biz Türkiyə-Ermənistan sərhəd bölgəsində səhər Ermənistan tərəfində, günün ikinci yarısında Türkiyə tərəfində görüşlərin 5-ci raundunu keçirdik. Biz konstruktiv anlaşma ilə nizamlanma prosesinin bütün aspektlərini və gələcək irəliləyiş imkanlarını müzakirə etdik”, - Kılıç özünün X mikrobloqunda yazıb.