Avropa Parlamentinin sədri Roberta Metzola Alen Simonyana təşəkkür edib və Ermənistanın Aİ ilə əlaqələrini genişləndirmək istəyini alqışlayıb.
“Hörmətli cənab Simonyan,
Avropa Parlamentinin sədri vəzifəsinə seçilməyim münasibətilə 16 iyul 2024-cü il tarixli təbrik məktubunuza görə təşəkkür edirəm. Bu Avropa strukturuna rəhbərlik etməyə davam etmək mənim səlahiyyətim və məsuliyyətimdir.
Avropa Parlamenti Ermənistanın Avropa İttifaqı ilə əlaqələri genişləndirmək və prioritetləşdirmək istəyini qətiyyətlə vurğuladığını qəbul edir və alqışlayır. Razılaşdırılmış yeni Aİ-Ermənistan tərəfdaşlıq gündəliyi, eləcə də Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması əlaqələrimizin genişlənməsinin əyani sübutudur.
Ümid edirəm ki, qarşıdan gələn təsis qurultayından sonra, yeni seçilmiş deputatlar mövqelərini tutanda Ermənistan Respublikasının Parlamenti Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyəti ilə əməkdaşlığı bərpa etmək imkanı əldə edəcək. Əminəm ki, bu, parlamentlərarası əməkdaşlığın gələcək inkişafı üçün əsas platformanı təmin edəcək”, - deyə Avropa Şurasının prezidenti Roberta Metzola Parlamentin sədri Alen Simonyana ünvanladığı məktubda yazıb. Bu barədə Parlament məlumat yayıb.