Baş nazir Nikol Paşinyan Tehranda İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb. Bu barədə məlumatı Ermənistan hökuməti yayıb.
Seyid Əli Xamenei İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər etdiyi üçün baş nazirə təşəkkür edib.
Tərəflər bildiriblər ki, Ermənistan və İran hər iki dövlətin və xalqın tərəqqisi naminə isti və dostluq münasibətlərinin inkişafına yönəlmiş addımlarını davam etdirəcəklər.