İsrailin xarici işlər naziri İsrael Kats Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın türk hərbçilərinin İsrail ərazisinə daxil olması ilə bağlı açıqlamalarına münasibət bildirib.
Kats Türkiyə prezidentini İraqın keçmiş prezidenti Səddam Hüseynlə müqayisə edərək, onun “sonuncunun yolunu davam etdirdiyini” deyib.
“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, sadəcə, orada nə baş verdiyini və hər şeyin necə bitdiyini xatırlamalıdır”, deyə Kats X sosial şəbəkəsində yazıb.