Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyulun 29-da Kiprə işgüzar səfər edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Kiprin xarici işlər nazirinin dəvəti ilə Ararat Mirzoyan Kiprin diplomatik nümayəndəlikləri rəhbərlərinin illik konfransında iştirak edəcək və çıxış edəcək.
Mirzoyanın kiprli həmkarı Konstantinos Kombos, eləcə də digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.