Xarici işlər naziri Ararat Mirzoyan Parisdə keçiriləcək Olimpiya Oyunlarında Ermənistanı təmsil edən idmançılara uğurlar arzulayıb.
“Ermənistan Olimpiya Oyunlarında. Paris 2024-ün başlanğıcında bütün idmançılarımıza uğurlar arzulayırıq. Olimpiya oyunlarının təşkilində və onların unudulmaz olmasında göstərdikləri səylərə görə fransız dostlarımıza təşəkkür edirik”, - Mirzoyan X mikrobloqunda bildirib.