Aİ Şurası Maqdalena Qrononu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi təyin edib.
Qrono səlahiyyət müddəti avqustun 31-də başa çatan Toivo Klaarı əvəz edəcək. Qrono 2024-cü il sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.
Qrono bundan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin diplomatik məsələlər üzrə baş müşaviri olub.