ABŞ prezidenti Co Bayden xalqa müraciət edib. O, prezidentlik yarışından geri çəkilmə səbəblərini, gözlənilən dəyişiklikləri qeyd edib və Rusiyaya qarşı mübarizəni davam etdirəcəyinə söz verib.
Prezident insanları Kamala Harrisə səs verməyə çağırıb və o, vəzifəsindən gedənə qədər Ukraynanı dəstəkləyəcəyini vəd edib.
“İndi respublikamız sizin əlinizdədir. Bu gün Amerika tərəqqi və geriləmə, sevgi və nifrət, birlik və parçalanma arasında seçim qarşısındadır”- Bayden vurğulayıb.