Rusiya Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.
“Moskva Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına hər cür dəstək verməyə sadiqdir. Bu cür dəstəyin həcmi və formaları bütün tərəflər üçün məqbul olmalıdır. Biz iki müttəfiqimiz arasında balanslaşdırılmış sazişin bağlanmasını sülh arxitekturasının əsası hesab edirik.
Cənubi Qafqazın taleyini və gələcəyini müstəsna olaraq region və qonşu tərəfdaş ölkələr həll etməlidir və xaricdən heç kim bizim ümumi evimizə sülh və firavanlıq gətirməyəcək. Bu, əsrlər boyu sübut olunub”, - Zaxarova bildirib.