Yunanıstan Xarici İşlər Nazirliyi Aİ-nin Ermənistana dəstək qərarını alqışlayıb.
“Yunanıstan Aİ-nin Ermənistana Avropa Sülh Fondundan yardım göstərmək və Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq barədə tarixi qərarını alqışlayır. Aİ-Ermənistan tərəfdaşlığının gücləndirilməsi demokratiya, sülh və regional sabitliyə töhfə verir”, - nazirliyin X səhifəsində deyilir.