Son 24 saat ərzində ABŞ silahlı qüvvələri Yəmən ərazisində husilərin üç raket sistemini məhv edib, ABŞ Mərkəzi Komandanlığı bildirib.
"Bu silahın bölgədəki ABŞ qüvvələri, koalisiya və ticarət gəmiləri üçün birbaşa təhlükə yaratdığı müəyyən edilib", - mesajda deyilir. Bu hərəkətlərin gəmiçilik azadlığının qorunması və beynəlxalq sularda təhlükəsizliyin artırılması məqsədilə atıldığı vurğulanır.