Azərbaycan Rusiyada və digər platformalarda Ermənistanla danışıqlara həmişə hazır olub. Bu barədə TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Moskvanın tərəflər arasında görüşü təşkil etməyə hazır olmasını şərh edərkən bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 24-də keçirdiyi brifinqdə bildirib ki, Rusiya tərəfi Bakı və Yerevan nümayəndələri arasında görüşlər üçün platforma təqdim etməyə və bu məqsədlə ən rahat şərait yaratmağa hazırdır.