Fransanın müvəqqəti hökuməti ən azı Parisdə keçiriləcək Olimpiya Oyunlarının sonuna qədər fəaliyyətini davam etdirəcək. Bu barədə Emmanuel Makron bildirib.
“Avqustun ortalarına qədər diqqətimizi Olimpiya Oyunlarına yönəldəcəyik. Sonra müzakirələrin gedişindən asılı olaraq, hökuməti formalaşdıracaq və geniş dəstək alacaq bir baş nazir təyin edəcəyəm”, - Makron bildirib.