ABŞ-ın vitse-prezidenti Kamala Harris “Reuters” və “İpsos” agentliyinin keçirdiyi milli sorğu nəticəsində keçmiş prezident Donald Trampı geridə qoyub. Harrisi respondentlərin 44 faizi, Trampı isə 42 faizi dəstəkləyib. Sorğunun nəticələri iyulun 23-də dərc olunub.
ABŞ vitse-prezidenti Kamala Harris seçki kampaniyasının ilk mitinqində partiya birliyini bərpa edəcəyinə və Respublikaçı Donald Trampı tənqid edəcəyinə söz verib.