Avropa Parlamentinin üzvü Miriam Leksman Aİ Şurasının Aİ-Ermənistan viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlanması və Avropa Sülh Fondundan Ermənistana dəstək verilməsi ilə bağlı qərarlarını alqışlayıb.
“Nəhayət, Şura müdrik və strateji qərarlar qəbul edib. Mən Ermənistanla ikitərəfli münasibətlərimizin möhkəmlənməsini səmimiyyətlə alqışlayıram və islahatları dəstəkləyirəm”, - Leksman X mikrobloqunda bildirib.