ER xarici işlər nazirlərinin müavinləri Paruyr Hovhannisyan və Vahan Kostanyan iyulun 23-də Amerika Yəhudi-Xristian İttifaqının “Save Armenia” nümayəndə heyətinin üzvlərini qəbul ediblər. Nümayəndə heyətinə ABŞ yevangelist icmasının yüksək səviyyəli liderləri və Vaşinqtonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının ekspertləri daxildir. Bu barədə ER XİN məlumat yayıb.
ER xarici işlər nazirlərinin müavinləri Paruyr Hovhannisyan və Vahan Kostanyan regionda təhlükəsizlik vəziyyəti və sülhün bərqərar olması istiqamətində Ermənistanın göstərdiyi səyləri iclas iştirakçılarına təqdim ediblər. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, eləcə də Azərbaycanın Ermənistana qarşı davamlı təhdidlərinə toxunulub.
Xarici işlər nazirlərinin müavinləri Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərə və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində atılan addımlara da toxunublar.
Paruyr Hovhannisyan və Vahan Kostanyan da nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıblar.