ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin, general-mayor Ceyms Krizel (ABŞ Avropa Komandanlığı), briqada generalı Entoni Mohat (Kanzas Milli Qvardiyası) və briqada generalı Endryu Saslav (ABŞ-ın Avropa və Afrikadakı Quru Qoşunları) “Qartal tərəfdaş 24” təliminin gedişatını müşahidə ediblər.
“İyulun 15-də başlayan bu hərbi təlim beynəlxalq sülhməramlı əməliyyatlarda iştiraka hazırlıq istiqamətində uzunmüddətli erməni-amerikan müdafiə əməkdaşlığının müntəzəm təşəbbüslərindən biridir”, - ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatında deyilir.
Təlim iyulun 24-dək davam edəcək.