Baş nazir Nikol Paşinyan Litva Respublikasının Baş naziri İnqrida Şimoniteyə yenidən təyin olunması münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Yenidən Litva Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi Ermənistan Respublikası Hökuməti və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Mən aramızda yaranmış isti və səmimi münasibətləri xüsusi qiymətləndirirəm və Ermənistan və Litva arasında münasibətlərin görünən tərəqqisinə şəxsi töhfənizə görə dərin minnətdarlığımı bildirirəm.
Mən Litvanın Ermənistanda həyata keçirilən demokratik islahatlar prosesini, eləcə də ER-Aİ tərəfdaşlığının gələcək inkişafını dəstəkləmək istəyini və sadiqliyini yüksək qiymətləndirirəm.
Əminəm ki, fəaliyyətinizin növbəti mərhələsində Ermənistan və Litva arasında dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək”.