Litvanın xarici işlər naziri Gabrielius Landsbergis Aİ-in Ermənistanla viza liberallaşdırılması üzrə dialoqun başlanmasına toxunub.
“Yaxşı xəbərdir ki, bu gün Brüsseldə həm vizasız dialoqa, həm də ASM-in Ermənistana dəstəyinə başlaması razılaşdırılıb.
Litva Aİ-nin Ermənistanla əlaqələrini güclü şəkildə dəstəkləyir və biz regionun demokratik və sülhsevər gələcəyinə qəti sadiq qalırıq”, - deyə o X mikrobloqunda yazıb.