Biz Sülh naminə Avropa Aləti çərçivəsində Ermənistana dəstək vermək və viza rejiminin liberallaşdırılması dialoquna başlamaq üçün Aİ-nin xarici işlər nazirləri səviyyəsində qəbul etdiyi tarixi qərarları alqışlayırıq.
Bu barədə XİN başçısı Ararat Mirzoyan bildirib.
“Bu, ER-Aİ tərəfdaşlığında çox mühüm mərhələdir, ümumi dəyərlər və prinsiplər, eləcə də sabitlik, sülh və firavanlıq vizyonu əsasında dərinləşən tərəfdaşlıqdır.
Aİ strukturlarından və üzv dövlətlərdən olan həmkarlarıma səmimi təşəkkürümü bildirirəm”, - Mirzoyan bildirib.