Avropa İttifaqının Xarici Əlaqələr Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq, həmçinin Ermənistana dəstək vermək barədə qərar qəbul edib.
Bu barədə ER parlamentinin Avropaya inteqrasiya daimi komissiyasının sədri Arman Yeğoyan öz Facebook səhifəsində yazıb.
“Ermənistanın Avrointeqrasiya prosesi nöqteyi-nəzərindən bunlar ER-Aİ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldıran qərarlardır”, o yazır.