Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin İranın Moskvadakı səfiri Kazem Cəlali ilə Cənubi Qafqazdakı vəziyyətlə bağlı bir sıra aktual məsələləri müzakirə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“3+3” Məşvərətçi Regional Platforması çərçivəsində yanaşmaların sıx əlaqələndirilməsinin davam etdirilməsinə dair qarşılıqlı maraq ifadə olunub. Tərəflər "kollektiv Qərb"in öz fürsətçi maraqları naminə bölgəyə qeyri-sabitlik və gərginlik yaratmaq cəhdlərinə tənqidi qiymətləndirmə vurğulanıb”, - deyə məlumatda qeyd olunub.