Finlandiya prezidenti Aleksandr Stub Avropa siyasi birliyinin Böyük Britaniyada keçirilən dördüncü sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in Helsinkidə gözlənilən sədrliyini müzakirə edib.
"Digər mövzular arasında biz Avropanın təhlükəsizliyi, Ukrayna, regional problemlər və Finlandiyanın ATƏT-ə sədrliyi ilə bağlı məsələləri müzakirə etdik", - Stub X mikrobloqunda qeyd edib.
Finlandiya 2025-ci ildə bir il müddətinə ATƏT-ə sədrlik edəcək.