Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Oksfordda keçirilən Avropa Siyasi İcmasının 4-cü sammiti çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılan danışıqlardan və bu istiqamətdə göstərdiyi səylərdən danışıb.
“Son aylarda biz Ermənistan və Azərbaycan arasında birbaşa ikitərəfli təmasların mümkünlüyünü gördük. Bilirsiniz, mən Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılması üçün Aİ adından əlimdən gələni etməyə çalışmışam”.