İyulun 18-də ER müdafiə naziri Suren Papikyan Avropa İttifaqının Ermənistan Respublikasındakı nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vasilis Maraqosu qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüş zamanı Ermənistan-Aİ tərəfdaşlığı kontekstində müdafiə sahəsində əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Səfirin xahişi ilə müdafiə naziri Suren Papikyan ER Silahlı Qüvvələrində həyata keçirilən islahatların gedişatını təqdim edib.