İsrail Knesseti (parlamenti) iyulun 18-də Fələstin dövlətinin yaradılmasının əleyhinə olan qətnamənin lehinə səs verib. Bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşrin məlumatına görə, sənədin lehinə 68, əleyhinə isə 9 nəfər səs verib. Qətnamə hətta vəziyyətin İsraillə danışıqlar yolu ilə nizamlanması çərçivəsində də Fələstin dövlətinin yaradılmasını tamamilə rədd edir.
“İsrail Knesseti İordaniyanın qərbində Fələstin dövlətinin yaradılmasının qəti əleyhinədir. İsrail ölkəsinin mərkəzində Fələstin dövlətinin yaradılması İsrail dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacaq, İsrail-Fələstin münaqişəsini davam etdirəcək və regionda sabitliyi pozacaq”, – qətnamədə deyilir .