Erməni tərəfi Böyük Britaniyada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında ikitərəfli görüş təklif edib, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib. Ermənistan tərəfinin təklifi keçərlidir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
“Ermənistan tərəfi danışıqların yüksək və ən yüksək səviyyədə intensivləşdirilməsi və bir ay ərzində sülh sazişinin imzalanmasına nail olmaq təklifini bir daha təsdiqləyir”, - Badalyan bildirib.