Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Macarıstanın baş naziri, Aİ Şurasına sədrlik edən Viktor Orbanın Ukrayna, Rusiya, Çin və ABŞ-a son səfərlərinə cavab verib. Mişel Orbanın Aİ adından Ukrayna ilə bağlı danışmaq hüququna malik olmadığını xatırladıb və eyni zamanda bu addımların müharibəyə qızışdırdığını bildirib.
O əlavə edib ki, Avropa Şurası Macarıstanın baş nazirinə Ukrayna üzrə sülh danışıqlarının təşəbbüskarı kimi İttifaqın adından çıxış etmək mandatı verməyib, Reuters yazır.