İyulun 16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda Livanın xarici işlər naziri Abdullah Buhabib ilə görüşüb.
ER XİN-in məlumatına görə, həmsöhbətlər regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Cənubi Qafqazda və Yaxın Şərqdə baş verən son hadisələr, yaradılmış təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Ararat Mirzoyan ER-nin regionda davamlı sülhün əldə edilməsinə yönəlmiş səylərini, sülh gündəliyinin həyata keçirilməsi yolunda çətinlikləri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işləri və qısa müddətdə bunu başa çatdırmaq əhəmiyyətini təqdim edib.
Həmçinin ikitərəfli gündəliyə, çoxtərəfli platformalarda iştirak və qarşılıqlı fəaliyyət məsələlərinə də toxunulub.