Nyu-Yorka işgüzar səfəri çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan ilə görüşüb.
Tərəflər Ermənistan və BMT strukturları, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası ilə birgə proqramların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
“2030 gündəliyin” məqsədlərinə nail olmaq üçün, o cümlədən nəqliyyat infrastrukturu, bərpa olunan enerji, yaşıl iqtisadiyyat, ətraf mühit, yol təhlükəsizliyi sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Ararat Mirzoyan və Tatyana Molçan həmçinin çoxtərəfli platformalarda, o cümlədən dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu çərçivəsində əməkdaşlığın prioritetlərini müzakirə ediblər.
ER XİN rəhbəri Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti ilə bağlı son hadisələri də təqdim edib.