Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya heç vaxt ABŞ-ın daxili siyasi proseslərinə qarışmayıb və gələcəkdə də bu mövqeyə sadiq qalmaq niyyətindədir.
Onun sözlərinə görə, Moskva ABŞ-da baş verən hadisələri, o cümlədən ABŞ-ın hərbi xərclərini diqqətlə izləyir.
Peskov xatırladıb ki, ABŞ dünyanın ən böyük iqtisadiyyatına sahibdir və hərbi baxımdan ən güclü ölkədir. Onun vurğulayıb ki, belə bir ölkədə prezident seçkiləri kampaniyası zamanı zorakılıq halları bütün dünyada narahatlıq doğurur.